Azərbaycanlı pilotdan növbəti qələbə
Bizi izləyin

İdman

Azərbaycanlı pilotdan növbəti qələbə

Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev “V1 Challenge Bulgaria 2015” çempionatının Bolqarıstanın Stara Zaqora şəhərində keçirilmiş 4-cü mərhələsinin qalibi olub.

Publika.az xəbər verir ki, bu G.Abdullayevin çempionatda ikinci qələbəsidir. Belə ki, avqustun 30-da Vinisa kvartalındakı “Varna” kartinqdə keçirilmiş 3-cü mərhələnin də qalibi Azərbaycan təmsilçisi olmuşdu.

G.Abdullayev çempionatda Azərbaycan Avtomobil Federasiyası və Gənclər və İdman Naziriliyinin dəstəyilə iştirak edir. Yarışın 4-cü mərhələsində 8 pilot mübarizə aparıb. İkinci və üçüncü yerləri bolqarıstanlı Simeon Donovla Qriqor Qriqorov tutublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm