YENİLİK: “Qarabağ” – “Anderlext” oyununun biletləri xanımlara əmanət
Bizi izləyin

İdman

YENİLİK: “Qarabağ” – “Anderlext” oyununun biletləri xanımlara əmanət

Bu həftə təmsilçilərimiz Avropa Liqasında növbəti oyunlarını keçirəcək. “Qəbələ” səfərdə “Krasnodar”ın qonağı olacaq. "Qarabağ" isə “Anderlext”i qəbul edəcək. Yenə də bilet satışındakı problemlər gündəmdədir. Ancaq Ağdam klubunun rəhbərliyi problem həll etmək üçün çıxış yolları axtarır.

Publika.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda "Anderlext"lə oyunun bilet satışında bir sıra yeniliklərə olacaq. Əsas dəyişiklik kassalarda bilet satışının Tofiq Bəhramov adına Respublika Stadionunun deyil, klubun öz əməkdaşları tərəfindən aparılması ilə bağlıdır. Satıcılar isə xanımlar olacaq. Klub bu addımı "qara bazar"la mübarizə məqsədilə atıb.

Belçika təmsilçisi ilə oyunun biletləri günorta saatlarınadək satışa çıxarılacaq. Əvvəlki oyunlarla müqayisədə ən ucuz biletin qiyməti 1 manatdan 2 manata qalxıb. Rəhbərlik ikiqat artımın alıcılıq qabiliyyətinə təsir etməyəcəyinə ümid edir.

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da start götürəcək. Biletlərin qiyməti sektorlar üzrə 2, 3, 5, 8, 10, 15 və 20 manatdır. VİP sektora biletin dəyəri isə 50 manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm