“Yuventus”da baş məşqçi dəyişikliyi gözlənilir
Bizi izləyin

İdman

“Yuventus”da baş məşqçi dəyişikliyi gözlənilir

“Yuventus” cari mövsümdə özünü çempion kimi aparmır. Özünə bənzəməyən “Qoca sinyora” sanki A seriyasının qalibi olmaqdan bezib. Mövsümə uğursuz başlayan turinlilərin aqibəti azarkeşləri də narahat edir. Artıq baş məşqçi Massimiliano Alleqrinin başının üstünü qara buludlar alıb.

Publika.az xəbər verir ki, yaxın günlərdə “Yuventus”da baş məşqçi dəyişikliyi gözlənilir. Alleqrinin yerinə namizədlər çoxdu. İndi də son iş yeri Rusiya millisi olan Fabio Kapellonun adı “Yuve”ylə yanaşı hallanır.

İtaliya mətbuatı rəhbərliyin hazırki baş məqşçiyə etimad göstərdiyini yazsa da, əks təqdir üşün hazırlıq planı gedir, namizədlər bir-bir gözdən keçirilir.

Yəqin ki, qarşıdakı iki oyundan alınan nəticə gələcək perspektiv üçün həlledici olacaq. Çempionlar Liqasında “Sevilya”, A seriyasında isə “Bolonya”yla matçlarda “Ağ-qaralar” qənaətbəxş nəticə qazana bilməsələr, Alleqrinin istefası qaçılmaz olacaq.

Onun istefası reallaşarsa, Kapellodan başqa, Valter Matsarri və Yurgen Kloppun Turinə gətiriləcəyi də gəzən söz-söhbətlər arasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm