• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Qızıl top”a 23 namizəd qaldı

  • İdman
  • 20 Oktyabr 2015 11:24
  • 385 Baxış
“Qızıl top”a 23 namizəd qaldı

FİFA “Qızıl top” mükafatına namizədlərin siyahısını 59 futbolçudan 23-ə endirib. Ən çox namizəd "Barselona"dandır.

Publika.az xəbər verir ki, Kataloniya təmsilçisindən 6 futbolçunun adı siyahıya daxil edilib. "Real" 5, "Bavariya" 4 futbolçu ilə təmsil olunur.

Siyahı: Serxio Aquero (Argentina/Mançester Siti), Qaret Beyl (Uels/Real), Kərim Benzema (Fransa/Real), Kristiano Ronaldo (Portuqaliya/Real), Kevin De Bruyne (Belçika/Volfsburq, Mançester Siti), Eden Azar (Belçika/Çelsi), Zlatan İbrahimoviç (İsveç/PSJ), Andres İnyesta (İspaniya/Barselona), Toni Kroos (Almaniya/Real), Robert Levandovski (Polşa/Bavariya), Xavyer Maskerano (Argentina/Barselona), Lionel Messi (Argentina/Barselona), Tomas Müller (Almaniya/Bavariya), Manuel Noyer (Almaniya/Bavariya), Neymar (Braziliya/Barselona), Pol Poqba (Fransa/Yuventus), İvan Rakitiç (Xorvatiya/Barselona), Aryen Robben (Hollandiya/Bavariya), Xames Rodriges (Kolumbiya/Real), Aleksis Sançes (Çili/Arsenal), Luis Suares (Uruqvay/Barselona), Yaya Ture (Fil Dişi Sahili/Mançester Siti), Arturo Vidal (Çili/Yuventus, Bavariya).

Qeyd edək ki, milli komandaların baş məşqçiləri, kapitanları və milli assosiasiyaların jurnalistləri arasında keçiriləcək sorğu nəticəsində 3 finalçı seçiləcək. Onların adları noyabrın 30-da açıqlanacaq. "Qızıl top" mükafatı isə sahibinə 2016-cı il yanvarın 11-də veriləcək. Son 2 ildə bu mükafata "Real"ın portuqaliyalı futbolçusu Kristiano Ronaldo layiq görülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR