ÇL-də növbəti rekord qapıçıdan gəldi
Bizi izləyin

İdman

ÇL-də növbəti rekord qapıçıdan gəldi

Çempionlar Liqasının qrup mərhələsinin dünən keçirilən "Makkabi"ylə (Təl-Əviv) ev oyununda 2:0 hesabıyla qalib gələn "Portu"nun qapıçısı İker Kasilyas rekorda imza atıb.

Publika.az xəbər verir ki, ÇL-in qrup mərhələsində keçirdiyi oyunlarda 51-ci dəfə qol buraxmayan Kasilyas "Mançester Yunayted"in sabiq qolkiperi Edvin Van Der Sarın 50 oyunluq rekordunu qırıb. Kasilyas 51 "quru oyun"dan 50-ni "Real"da keçirib.

Xatırladaq ki, 34 yaşlı qolkiper uzun müddət "Real"ın uğurları üçün çalışdıqdan sonra yayda "Portu"yla anlaşmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm