İdman
Klublar AFFA-nı saymır
AFFA İcraiyyə Komitəsinin (İK) ötən ilin avqust ayında keçirdiyi iclasda klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul edilmişdi.
Publika.az xəbər verir ki, qərarın icra olunması üçün elita təmsilçilərinə ötən ilin sonuna qədər vaxt verilmişdi. Lakin dekabrın 18-də keçirilən İK-nın toplanışında bu müddətin 2 ay uzadılmasına göstəriş verilmişdi.
Premyer Liqa klublarından bəziləri bu tapşırığa əməl etsələr də, bir neçə klub hələ də Müşahidə Şurasının yaradılmasını ləngidir. Bunu nəzərə alan AFFA müddəti yenidən artırmaq qərarına gəlib.
Belə ki, Müşahidə Şurasını yaratmayan klublara mövsümün sonuna qədər vaxt verilib. Bu xəbəri futbolinfo.az saytına açıqlamasında AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da təsdiqləyib:
"Klublarda Müşahidə Şurasının yaradılması üçün onlara mövsümün sonuna qədər vaxt verilib. Bəzi klublar var ki, hələ də Müşahidə Şurasını formalaşdırmayıb. Bu səbəbdən qarşılıqlı razılaşma əsasında bu müddət mövsüm sonuna qədər artırılıb".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR