“Qəbələ”nin əvəzolunmaz futbolçusu: “Çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”
Bizi izləyin

İdman

“Qəbələ”nin əvəzolunmaz futbolçusu: “Çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”

Azərbaycan Premyer Liqasında I dövrə başa çatdı.

Publika.az xəbər verir ki, ilk dövrəni lider kimi başa vuran “Qəbələ” bu müddətdə 21 futbolçunun xidmətindən yararlanıb. “Qırmızı-qara” forma geyinənlərdən 6-sı bütün qarşılaşmalarda meydana çıxıb. Yalnız bir oyunçu – Elvin Camalov bütün matçları əvəzolunmadan keçirib.

“Qəbələ”nin gənc dayaq yarımmüdafiəçisi I dövrənin yekunu haqda danışıb:

“Komandamız hazırda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Biz də həmişə ən yaxşı yerlər üçün mübarizə aparmışıq. Məqsədimiz çempionluqdur. Mövsümün böyük hissəsi hələ irəlidədir. Zirvədəki mövqeyimizi sonadək qorumağa çalışacağıq. Bütün oyunlarda var qüvvəmizlə mübarizə aparıb, çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”.

Yarımmüdafiəçi II dövrənin ilk oyunu haqda fikirlərini açıqlayıb. Camalov oktyabrın 28-də AZAL-la ev oyununda da 3 xal qazanmalı olduqlarını bildirib:

“Artıq oyunun hazırlığına başlamışıq. Bütün komanda özünü tam bu oyuna kökləyib. Bu qarşılaşmada da hədəfimiz 3 xaldır. Doğma azarkeşlərimiz önündə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm