Neftçi“nin adı təhrif olundu
Bizi izləyin

İdman

Neftçi“nin adı təhrif olundu

"Bu, doğrudan da gülməlidir..."

Bakının mağazalarında üstündə “Neftçi”nin bayrağı və loqosu əks olunmuş alışqanlar satışa çıxarılıb.

Teleqraf.com-un futbolinfo.az-a istinadən verdiyi məlumata görə, alışqanların üzərində “Neftçi”nin adının yazılışında təhrifə yol verilib.

Belə ki, "Neftçi" sözü “Neftqi” olaraq yazılıb. Hər bir klub reklam xarakterli belə üsullardan yararlandığından, alışqanların da “Neftçi” rəhbərliyi tərəfindən sifariş verildiyini güman etmək olar.

Məsələ ilə bağlı “Neftçi” rəhbərliyinin mövqeyini öyrəndik. Komandanın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Publika.Az-a verdiyi açıqlamada bildirdi ki, mağazalarda satılan alışqanların “Neftçi”yə heç bir aidiyyatı yoxdu:

"Bu, doğrudan da gülməlidir, bunun “Neftçi”yə heç bir aidiyyatı yoxdur. Hansısa işbazların işidir, “Neftçi”nin adından istifadə edərək, pul qazanmaq istəyirlər. Alışqanlar qeyri-leqal yolla ölkəyə gətirilib. Bundan öncə də ölkəyə “Neftçi”nin adı və loqosu olan alışqanlar gətirilmişdi, amma onda ad düz yazılmışdı. “Neftçi”dən başqa, “Xəzər Lənkəran”ın da adı və loqosu olan alışqanlar ölkəyə gətirilmişdi. Bu alışqanların nə “Neftçi”, nə də “Xəzər Lənkəran”a heç bir dəxli yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm