Federasiya rəsmisi selfi edərkən çaya düşdü
Bizi izləyin

İdman

Federasiya rəsmisi selfi edərkən çaya düşdü

Rusiya Güləş İdmanı Federasiyasının (RGİF) I vitse-prezidenti Adlan Varayev çaya yıxıldıqdan sonra yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a RGİF-in prezidenti Mixail Mamiaşvili açıqlama verib. O bildirib ki, insident Varayevin vətəni Çeçenistanda baş verib: "Adlan hələ də tapılmayıb. Hamımız ondan ötrü dua edirik".

Varayev Arqun dərəsindən təbiəti çəkərkən və ya selfi edərkən, 30-40 metr hündürlükdən çaya düşüb. Hadisə yerindən onun qapıları açıq maşınında bütün sənədləri aşkarlanıb.

Qeyd edək ki, Adlan Varayev olimpiya medalı qazanan ilk çeçendir. O, 1988-ci il Seul olimpiadasında sərbəst güləş yarışlarında gümüş medala sahib olub. O, habelə 1987-ci il dünya çempionatının qalibi, 1986-cı il mundialının gümüş mükafatçısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm