İdman
Məşhurlar Bakıya səfəri səbrsizliklə gözləyir
Dünyanın ən məşhur “Formula-1” pilotları ən yeni şəhər treki olan Bakı Şəhər Halqasında keçiriləcək Avropa Qran-prisində iştirak etmək üçün paytaxtımıza səfər etməyi səbirsizliklə gözlədiklərini açıqlayıblar.
Publika.az xəbər verir ki, Azərbaycanda ilk dəfə baş tutacaq “Formula-1” yarışında iştirak edəcək üçqat dünya çempionu Luis Hamilton, onun komanda yoldaşı və hazırda davam edən dünya çempionatının lideri Niko Rosberq (Mercedes AMG Petronas), Daniel Rikkardo (Red Bull Racing), Valteri Bottas (Williams Martini Racing), Niko Hulkenberq (Sahara Force India), o cümlədən, ikiqat dünya çempionu və Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso (McLaren Honda) təqvimdəki ən yeni şəhər treki barədə fikirlərini Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə bölüşüb.
Onlar qarşıdan gələn və şəhər trekləri arasında ən sürətlisi olacağı gözlənilən yarışda güclərini sınamaqdan məmnun olduqlarını bildiriblər.
Hamilton paytaxtımızda bacardığı qədər çox insanla görüşmək arzusundadır: “Mən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm. İştirak edəcəyim bu yarışa ev sahibliyi edəcəyiniz üçün təşəkkürümü bildirirəm. Bacardığım qədər çox insanla görüşməyə çalışacağam. Bu yarışı həvəslə gözləyirəm”.
Yarışda ab-havanın yüksək olacağını deyən Rosberq bildirib ki, Avropa Qran-prisinin keçirilməsi çox təqdirəlayiq haldır: “Ümid edirəm ki, çoxlu sayda avropalı azarkeş bu yarışı izləməyə gələcək. Əhval-ruhiyyənin çox yüksək olacağına da əminəm”.
Rikkardo isə Avropa Qran-prisini yeni bir macəra adlandırıb: “Bu yarış mövsümə yeni əhval-ruhiyyə gətirəcək. Ən əsası, bu, şəhər treki olacaq. Mən şəhər treklərini xoşlayıram”.
Bottas isə Azərbaycanda olmadığı üçün Bakıya tələsdiyini etiraf edib: “Mən Bakıda yarışmağı həvəslə gözləyirəm. Əslində, mən heç vaxt orada olmamışam. Odu ki, Bakı mənim üçün həm səyahət edəcəyim yeni bir məkan, həm də yarışacağım yeni trek olacaq. Mən həqiqətən də bu yarışı böyük səbirsizliklə gözləyirəm”.
Hulkenberq isə yarışların şəhər treklərində keçirilməsini alqışladığını deyib: “İndi hamı Bakı Şəhər Halqasının qədim şəhərdən keçən hissəsi barədə danışır. İçəri Şəhərdən keçən o yol getdikcə daralır. Məncə bu, kifayət qədər maraqlıdır”.
Alonso da Bakı trekinin həddindən artıq sürət yığmağa imkan verdiyini bir daha önə çəkib: “Fikrimcə, Bakıdakı yarışda biz ən yüksək sürətə, 340 km/saata çata bilərik. Şəhər trekində belə sürət əldə etmək əvəzolunmaz bir hissdir”.
Qeyd edək ki, Bakıda “Formula-1” yarışı iyunun 17-19-da olacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR