Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Bizi izləyin

İdman

Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Mayın 7-də Azərbaycan millisinin daha 9 üzvü tatami üzərinə çıxıb. İdmançımız Rüstəm Orucov (73 kq) mükafatçılar arasında yer almağa müvəffəq olub. Yarışa ikinci mərhələdən başlayan cüdoçumuz İsrail təmsilçisi Tohar Bertbul və kubalı Maqdiel Estrada üzərində qələbə qazanaraq dörddəbir finala yüksəlib. Bu mərhələdə ukraynalı rəqibi Dmitro Kanivetsə məğlub olan R.Orucov təsəlliverici görüşə qatılıb. Həmin qarşılaşmada Yunanıstan idmançısı Georgios Azoidisə qalib gələn cüdoçumuz üçüncü yer uğrunda mübarizədə macarıstanlı Mikloş Unqvari ilə üz-üzə gəlib. İdmançımız bu görüşdən də qalib ayrılıb və turnirin bürünc medalına layiq görülüb.

Yarışın birinci günündə milli komandamızın digər üzvü Tərlan Kərimov (66 kq) da bürünc medal qazanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm