İdman
Formula 1-ə hazırlıq işlərini nə ləngidir?
Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yarışa son hazırlıq işləri aparılır. İndiki mərhələdə trek boyunca təhlükəsizlik baryerləri quraşdırılmaqdadır.
Şirkətdən Trend-ə verilən məlumata görə, əməliyyat şirkəti şəhər sakinlərinin möhtəşəm yarışın yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə böyük minnətdarlığını bildirir və qeyd edir ki, plana əsasən aparılan hazırlıq işlərini vaxtında yekunlaşdıra bilmək üçün paytaxt sakinlərinin anlayışına və davamlı dəstəyinə ehtiyac var. Belə ki, hazırda trek boyunca təhlükəsizlik baryerlərinin quraşdırılması işləri sürətlə aparılmaqdadır. Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillər iş prosesini ləngidir, hətta bəzi hallarda işin gedişatını tamamilə əngəlləyir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobilləri saxlamamağı xahiş edir. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisi lazimi tədbirlər görəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR