İdman
Cüdoçularımız Almatı Qran Prisinə fiaskoyla başladı
Bu gün Qazaxıstanın paytaxtı Almatı şəhərində cüdo üzrə Qran Priyə start verilib.
Publika.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 cüdoçusu tatami üzərinə çıxıb.
Yeganə qadın idmançı Aişə Qurbanlı 48 kq çəkidə mübarizəyə 1/16 finaldan qoşulub. İlk görüşdə İndoneziya təmsilçisi Terri Kusumaşardani Susantini məğlub edən A.Qurbanlı 1/8 finalda fransalı Laetitia Payetlə bacarmayıb.
60 kq çəkidə kişilərin yarışında Azərbaycanın iki cüdoçusu mübarizə aparıb. Sadiq Məhərrəmov ilk görüşdəcə misirli Ahmed Abelrahmana uduzub. Vüqar Şirinli isə ABŞ idmançısı Aron Kunihironu üstələsə də, qazaxıstanlı Kiliş Yerenkaiypovu yenə bilməyib.
66 kq-da çıxış edən Tərlan Kərimov 1/16 finalda məğlubiyyətlə üzləşib. O, qazaxıstanlı Azamat Mukanovu məğlub edə bilməyib. İskəndər Talışınski isə 1/8 finalda yaponiyalı Yoşiro Maruyamadan güclü ola bilməyib.
Qeyd edək ki, mayın 14-də 73 kq çəki dərəcəsində Vüqar Bayramovla Fəqan Quluzadə, 81 kq çəkidə isə Ceyhun Babakişiyev və Əbdülhəqq Rəsullu mübarizəyə qoşulacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu