Baş katibin müavini qovuldu - XƏYANƏT
Bizi izləyin

İdman

Baş katibin müavini qovuldu - XƏYANƏT

FİFA-da daha bir qalmaqallı hadisə baş verib.

Publika.az xəbər verir ki, FİFA-nın baş katibinin müavini Markus Kattner qovulub. Bu barədə qurumun saytında verilən məlumatda deyilir ki, Kattner təşkilatın mənafeyinə zidd addımlar atdığına görə qovulub:

“Baş katibin müavini Maqnus Kattner vəzifəsindən azad edilib. FİFA-da aparılan daxili araşdırmalardan sonra məlum olub ki, Kattner vəzifəsinə uyğun davranmayaraq, təşkilatın maraqlarına zidd addımlar atıb. FİFA məsələnin detalları barədə əlavə məlumat verməyəcək. Ancaq bu məsələ ilə bağlı müvafiq orqanlarla əməkdaşlığı davam etdirəcək”.

Kattner yanvar ayında FİFA-nın baş katibi postunu tərk edən Jerom Valkenin vəzifəsini müvəqqəti icra etmişdi. May ayının ortalarında isə FİFA-nın baş katibi postuna Fatma Samur seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm