“Beşiktaş”dan Mənsimov xəbərinə münasibət
Bizi izləyin

İdman

“Beşiktaş”dan Mənsimov xəbərinə münasibət

Mətbuatda "Beşiktaş"ın İdarə Heyətinin dörd üzvündən imtina etməsi ilə bağlı xəbərlər yayılmışdı. Onların arasında "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun da adının olduğu barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, artıq "Beşiktaş" rəhbərliyi bununla bağlı rəsmi mövqeyini açıqlayıb.

Klubun rəsmi saytı vasitəsilə bildirilib ki, Mübariz Mənsimovla yanaşı, Zəfər İldırım, İhsan Kalkavan və Turqay Cinerin klubun İdarə Heyərindən uzaqlaşdırılması gündəm mövzusu deyil. Mətbuatda yazılan xəbərləri gerçəyi əks etdirmir.

Qeyd edək ki, "Beşiktaş"ın İdarə Heyətindən 4 nəfərin uzaqlaşdırılmasını türkiyəli jurnalist İbrahim Seten “twitter” səhifəsində paylaşmışdı.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm