İspaniya “Atletiko”nun “monopoliyasında”
Bizi izləyin

İdman

İspaniya “Atletiko”nun “monopoliyasında”

İspaniyanın nüfuzlu “Marca” qəzeti ölkədə çıxış edən futbolçular arasında 2013-ci ilin rəmzi yığmasını müəyyənləşdirib.

İspaniyanın nüfuzlu “Marca” qəzeti ölkədə çıxış edən futbolçular arasında 2013-ci ilin rəmzi yığmasını müəyyənləşdirib.

Publika.az xəbər verir ki, ən yaxşı “11-liy”in səsverməsi qəzetin internet səhifəsində aparılıb.

İspan azarkeşlərinin seçdiyi heyətdə ən çox Madrid "Atletiko"sunun futbolçuları (6) yer alıb. Komandanın hücumçusu Dieqo Kosta isə ən yüksək səs toplayan oyunçu olub. 2013-ci ilin rəmzi komandasında Lionel Messi yer almayıb.

Qapıçı: Tibo Kurtua ("Atletiko")

Müdafiəçilər: Miranda, Dieqo Qodin, Filipe Luiz (hər üçü "Atletiko")

Yarımmüdafiəçilər: Luka Modriç ("Real" Madrid), Koke (Atletiko), İvan Rakitiç ("Sevilya"), Sesk Fabreqas (Barselona), Qrizmann (Real Sosyedad)

Hücumçular: Dieqo Kosta (Atletiko), Kriştianu Ronaldo (Real)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm