“İnter” mövsümə “Qarabağ” qalibiyyəti ilə debüt edib
Bizi izləyin

İdman

“İnter” mövsümə “Qarabağ” qalibiyyəti ilə debüt edib

Avqustun 7-də Azərbaycan Premyer Liqasında mövsümün ilk turunun üçüncü qarşılaşması oynanılıb.

“İnter Arena”da keçirilmiş oyunda “İnter” “Qarabağ” komandası ilə üz-üzə gəlib.

Oyuna daha aktiv başlayan qonaqlar matçın 10-cu dəqiqəsində istəyinə çatıb. İlqar Qurbanovun ötürməsindən sonra Reynaldo Səlahət Ağayevin qoruduğu qapıya yol tapıb. Tərəflər fərqlənməyə çalışsalar da, hücumlar nəticə verməyib. İlk hissə bu hesabla da başa çatıb.

Maçtın 69-cu dəqiqəsində meydan sahibinin yeni transferi Ruslan Abışov İbrahim Şehiçini məyus edib. Hücumların sayını artıran meydan sahibləri 74-cü dəqiqədə hesabda önə keçməyi bacarıb. Abışov cərimə zərbəsindən özünün və komandasının ikinci qolunu vurub. Matç bu hesabla da başa çatıb.

Turun sabah keçiriləcək son oyununda isə “Qəbələ” Gəncənin “Kəpəz” klubunu qəbul edəcək.

Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” səfərdə AZAL-ı 2:0, “Sumqayıt” isə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm