Haqq-hesab Londonda çözüləcək – VİDEO
Bizi izləyin

İdman

Haqq-hesab Londonda çözüləcək – VİDEO

Haqq-hesab Londonda çözüləcək – VİDEO

Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə oyununda "Atletiko" "Çelsi"ni qəbul edib. "Visente Kalderon" stadionunda baş tutan matçda qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab matçı aprelin 30-da Londondakı "Stamford Bric" stadionunda keçiriləcək.

Qeyd edək ki, yarımfinalın digər oyunu bu gün keçiriləcək. "Real" "Santyaqo Bernabeu" stadionunda Çempionlar Liqasının son qalibi "Bavariya"nı qəbul edəcək.

Çempionlar Liqası

2013/14 mövsümü

1/2 final (ilk oyun)

22 aprel

23.45 Atletiko (Madrid) - Çelsi (İngiltərə) 0:0

Atletiko: Tibaut Kourtois, Miranda, Dieqo Qodin, Filipe Luis, Xuanfran, Mario Suares (İsmael Sosa, 79), Koke,

Raul Qarsiya (David Vilya, 86), Qabi Fernandes, Dieqo Ribas (Arda Turan, 60), Dieqo Kosta.

Ehtiyat oyunçular: Daniel Aranzubia, Tobi Alderveyreld, Tyaqo, Kristian Rodriges.

Baş məşqçi: Dieqo Simeone.

Çelsi: Petr Çex (Mark Şvarzer, 18), Eşli Kou, David Luiz, Harri Kahill, Con Terri (Andre Şkürrle, 73), Sezar Azpilikueta, Ramires, Frank Lempard, Con Obi Mikel, Villian (Demba Ba, 90+4), Fernando Torres.

Ehtiyat oyunçular: Natan Ake, Tomaş Kalas, Oskar, Marko Van Ginkel.

Baş məşqçi: Joze Mourinyo.

Sarı vərəqələr: Qabi Fernandes, 75. Miranda, 89 - Frank Lempard, 64. Con Obi Mikel, 75. Demba Ba, 90+5.

Baş hakim: Yonas Eriksson (İsveç).

Madrid. "Visente Kalderon" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm