Azarkeşlərin həbsində günahkar olan AFFA məmuru kimdi? – VİDEO
Bizi izləyin

İdman

Azarkeşlərin həbsində günahkar olan AFFA məmuru kimdi? – VİDEO

Azarkeşlərin həbsində günahkar olan AFFA məmuru kimdi? – VİDEO

“İnterAz” televiziyasında “Arena” verilişinin növbəti buraxılışı efirə gedib.

Publika.az xəbər verir ki, verilişin növbəti qonaqları “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov və “Komanda” qəzetinin baş redaktoru Rəşad Ergün olublar. Verilişdə Premyer Liqanın 31-ci turunun və kubok oyunlarının müzakirəsi aparılıb, bir sıra maraqlı məqamlara toxunulub, o cümlədən azarkeşlərin son oyunlarda azlıq təşkil etməsi halları ilə bağlı da fikirlər səsləndirilib.

Rəşad Ergün "Xəzər-Lənkəran" azarkeşlərinin həbs olunması barədə də danışıb : “Azərbaycan futbolunun bəzəyi “Xəzər-Lənkəran” azarkeşləridi.Amma belə azarkeşlərin həbsə salınmsından sonra digər “Xəzər-Lənkəran”lı azarkeşlər qorxurlar ki, onların da başına belə bir hal gələ bilər. Bu gün “Xəzər-Lənkəran” azarkeşlərinin həbsdə yatmasının günahını Elxan Məmmədovun vicdanına yazıram”.

Aprelin 24-də “Neftçi”nin vitse-prezidenti postundan istefa verən Tahir Süleymanov istefa verəcəyi barədə ilk mesajı da məhz “Arena”da verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm