Hakimin maşınına bomba qoyuldu
Bizi izləyin

İdman

Hakimin maşınına bomba qoyuldu

Bu təxribatın başqa səbəbi olduğunu düşünürəm

Cənubi Kiprdə yaşayan futbol hakiminin maşınına bomba qoyulub.

Publika.az xəbər verir ki, dünən gecə saat 03:00 radələrində Giorqos Nikolaunun maşınına qoyulan bomba partlayıb. Bu barədə Cənubi Kipr Hakimlər Komitəsinin rəhbəri Xaralambos Skapoullis məlumat verib:

“Qəbulolunmaz bir vəziyyətdir. Nikolau son dövrlərdə ciddi narazılığa səbəb ola biləcək oyun idarə etməyib. Bu təxribatın başqa səbəbi olduğunu düşünürəm”.

Polis isə hadisənin azarkeşlər tərəfindən törədildiyini düşünür.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm