İdman
Rəqibinin çiynini çıxardan idmançımız döyüşə hazırlaşır - VİDEO
Dünyanın ən titullu idmançılarından - 18 qat dünya çempionu, kikboksçu Eduard Məmmədovun yeni döyüşə çıxacağı barədə məlumat vermişdik. Yunanistanın Santorini şəhərində WPKA versiyası üzrə dünya çempionatında Azərbaycanı Eduard Məmmədov və tələbəsi Qədim Məmmədli təmsil edəcək.
“Neftçi İSM”in idmançısı, 18 qat dünya çempionu Publika.Az-a yarışla bağlı açıqlama verib:
“Mayın 6-11-i Yunanistanın Santorini şəhərində WPKA versiyası üzrə dünya çempionatında mən və tələbəm Qədim Məmmədli Azərbaycanı layiqli şəkildə təmsil edəcəyik. İnsallah, vətənə yaxşı nəticə ilə qayıdacağıq. Yarışa federasiyamızın prezidenti, millət vəkili Adil Əliyevin və kikboksinq üzrə milli komandanın rəisi Sadıx Bağırov rəhbərliyi ilə yola düşəcəyik”.
Qeyd edək ki, Eduard Məmmədov bundan öncəki döyüşünü hollandiyalı dünya çempionu Ruben Narainə qarşı keçirib və II raundda vurduğu zərbələrlə rəqibinin çiynini çıxarıb. Bundan sonra idmançımızın rəqibi döyüşü yarımçıq saxlamalı olub. Beləliklə, Eduard Məmmədov 18-ci dəfə dünya çempionu adını qazanıb.
Aygün İlqarqızı
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ