“Qalatasaray”da ciddi itki
Bizi izləyin

İdman

“Qalatasaray”da ciddi itki

Aparıcı futbolçu məşqdə sıradan çıxdı.

Cari mövsümdə işləri qaydasında getməyən “Qalatasaray” ciddi itkiylə üzləşib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” əsas üzvü Uesli Sneyderi itirib. Holland futbolçu komandanın dünənki məşqində zədələnib. Həkimlərin ilkin müayinəsindən sonra yarımmüdafiəçinin ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Bu da o deməkdi ki, holland futbolçu Türkiyə Super Liqasının “Antalyaspor” və “Gənclərbirliyi” ilə oyunlarında “aslanlar”a kömək edə bilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm