İdman
Ekklstoun: "Formula-1" yarışlarının Azərbaycanda keçirilməsi əladır"
"Formula 1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının sabiq rəhbəri Berni Ekklstoun turnir təqviminin Rusiya və Azərbaycanda yarışlarla genişlənməsinə şad olduğunu bildirib.
"Report" xəbər verir ki, onun sözlərini "F1i.com" portalı sitat gətirib.
"Mən Macarıstanda yarışları təşkil edəndə, bu, "dəmir pərdə" arxasında baş verdi. Mənim bağladığım müqavilə və sövdələşmələr DTK ilə idi. Mən Avropa çərçivəsindən çıxmaq istəyirdim, axı dünya daha böyükdür. Bax məhz buna görə düşünürəm ki, yarışların Rusiyada, Bakıda və bir çox başqa yerlərdə keçirilməsi əladır", - deyə Ekklstoun bildirib.
"Onlar avropalıların ödədiyi məbləği versəydilər, biz bu ölkələrə gedərdikmi? Mənim cavabım – bəli. Ümid edirəm ki, onlar bunu eşitməyəcəklər və düşünməyəcəklər ki, mən onları soymuşam! Təqvimdə yarışların cəmi 21 sahibi var və onların hamısı razılaşmadan razı görünür", - deyə britaniyalı əlavə edib.
Ekklstoun "Formula-1"ə 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. Məhz britaniyalı yarışları kommersiya baxımından ildə 2 milyard dollardan çox gəlir gətirən uğurlu layihə edib.
Qran-pri Azərbaycanda 2016-ci ildən keçirilməyə başlayıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR