Azərbaycanlı hakim futbolçunu ölümdən xilas etdi
Bizi izləyin

İdman

Azərbaycanlı hakim futbolçunu ölümdən xilas etdi

Azərbaycanlı hakim futbolçunu ölümdən xilas etdi

Azərbaycan çempionatında çıxış edən klubların əvəzedici komandalarının turnirində faciəli hadisənin qarşısı alınıb.

Publika.az sportinfo.az-a istinadən xəbər ki,“Neftçi” – “Rəvan” matçı şok hadisə ilə yadda qalıb. Matçın 27-ci dəqiqəsində “Rəvan”ın üzvü Camal Məmmədov Məqsəd İsayevlə mübarizə zamanı başından xəsarət alaraq huşunu itirib. “Rəvan”ın stoperinə ilk yardımı baş hakim göstərib. Futbolçunun dilinin qatlanmasına imkan verməyən referi onu ölümdən xilas edib. Müdafiəçi özünə gələn kimi onu xəstəxanaya aparıblar. Vəziyyəti sabitləşən futbolçu baş hakimə zəng vuraraq, təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm