Qərarını verdi: “Ailəmin yanında olmalıyam”
Bizi izləyin

İdman

Qərarını verdi: “Ailəmin yanında olmalıyam”

Qərarını verdi: “Ailəmin yanında olmalıyam”

Didye Droqbanın “Qalatasaray”dakı taleyinə aydınlıq gəlib.

Publika.az xəbər verir ki, kotdivuarlı forvardın gələn ay İstanbul klubunu tərk edəcəyi açıqlanıb. Droqba özü də bunu təsdiq edib: “Ötən il çempion olduq və Çempionlar Liqasında 1/4 finala yüksəldik. Bu mövsüm “Real” və “Yuventus”un yer aldığı qrupdan çıxdıq. Kuboku qazandıq, amma çempionluğu itirdik. Yenə də mövsümü ikinci pillədə başa vurmağa yaxınıq. İstanbulda keçirdiyim 1,5 ilin pis olduğunu düşünmürəm. Artıq sona çatdıq. İndi ailəmin yanında olmalıyam. Hazırda Qətərdə müalicə alıram. Həftə sonu İstanbulda olacam. Stadiona gəlib, azarkeşlərlə vidalaşacam. Həyatımda “Qalatasaray” fanatı kimi sevimli klubuna bağlı olan azarkeş görmədim. “Arena”nı cəhənnəmə çevirmələrini heç vaxt unutmayacam”.

Qeyd edək ki, Droqba 2013-cü ilin yanvarından “Qalatasaray”da çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm