“Liverpul” Türkiyəyə başsağlığı verdi
Bizi izləyin

İdman

“Liverpul” Türkiyəyə başsağlığı verdi

“Liverpul” Türkiyəyə başsağlığı verdi

İngiltərənin "Liverpul" klubu Türkiyəyə başsağlığı verib.

Publika.az xəbər verir ki, Premyer Liqa təmsilçisi rəsmi "Facebook" səhifəsindən türkcə mesaj yayıb. Mesajda Soma kömür mədənində baş verən faciə ilə bağlı başsağlığı verilib: "Somadakı qəzada həlak olanların ailələri başda olmaqla bütün Türkiyəyə başsağlığı veririk. Yaralıların bir an öncə sağlamlıqlarına qovuşması ümidi ilə şəfa diləyirik. Qəza nəticəsində mədəndə qalan işçilərin tezliklə xilas ediləcəyinə inanırıq".

Qeyd edək ki, dünən Manisadakı Soma kömür mədənində baş verən qəza nəticəsində 201 nəfər ölüb, çox sayda insan yaralanıb. Hələ də mədəndə 350-400 nəfərin qaldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm