Duyğusal anlar - “Bu qolu sənə həsr edirəm, ata” – FOTOLAR
Bizi izləyin

İdman

Duyğusal anlar - “Bu qolu sənə həsr edirəm, ata” – FOTOLAR

Duyğusal anlar - “Bu qolu sənə həsr edirəm, ata” – FOTOLAR

“Barselona”nın gənclər komandası “Leydı” ilə prinsipial qarşılaşmadan qalib ayrılıb.

Publika.az xəbər verir ki, “Barsa”nın heyətində çıxış edən klubun mərhum baş məşqçisi Tito Vilanovanın oğlu Adria Vilanova komandasının qələbəsində böyük pay sahibi olub. “Barselona” 0:1 hesabı ilə geridə olarkən Vilanova başla fərqlənərək hesabda tarazlıq yaradıb. Qol vurduqdan sonra mərkəz xətdə diz çokən gənc Vilanova qolu bu yaxınlarda vəfat etmiş atasına həsr edib.

Maraqlıdır ki, qoldan sonra azarkeşlərdən kimsə sevinməyib. Bütün azarkeşlər bir dəqiqəlik susublar. Ardınca isə Vilanovanı sürəkli alqışa qərq ediblər.

Futbolçu instaqram səhifəsində fikirlərini bölüşüb: “Bu qolu sənə həsr edirəm, ata. Sən həmişə mənimləsən”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm