Avropa Liqası: "Zirə" və "İnter"dən UĞURLU BAŞLANĞIC (YENİLƏNDİ) - - VİDEO
Bizi izləyin

İdman

Avropa Liqası: "Zirə" və "İnter"dən UĞURLU BAŞLANĞIC (YENİLƏNDİ) - - VİDEO

Bu gün Azərbaycan klubları üçün futbol üzrə 2017/2018 avrokubok mövsümü açıq elan edilib.

Publika.az xəbər verir ki, ilkin olaraq “Zirə” və “İnter” komandaları Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulub.

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “İnter”in rəqibi Serbiya çempionatında 4-cü yeri tutan “Mladost” olub. Luçani təmsilçisi 65 illik tarixə malik olsa da, avrokuboklarda debüt edib. Zaur Svanadzenin baş məşqçisi olduğu komanda səfərdə rəqibi darmadağın edərək növbəti mərhələyə vəsiqənin taleyini böyük ölçüdə həll edib.

Avrokuboklarda debüt edən “Zirə” də azarkeşlərini sevindirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Lüksemburqun “Differdanj” komandası qarşısında ciddi çətinliklə üzləşməyib.

Qeyd edək ki, Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Qəbələ”nin potenisal rəqibləri də ilk oyunlarını bu gün keçirəcəklər. Batumi “Dinamo”su Polşanın “Yaqelloniya” komandasını Kutaisi də qonaq edəcək.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) 2:0

Qadze, 22. Belfort, 80.

Baş hakim: Daniyar Saxi (Qazaxıstan)

Bakı. “Dalğa Arena”

22:30. “Mladost” (Luçani, Serbiya) – “İnter” (Azərbaycan) 0:3

Skarlatake, 23; 41. Rauf Əliyev, 75.

Baş hakim: Aleksey Matyunin (Rusiya)

Luçani. “Mladost” stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm