Türkiyədə mövsüm bitdi – “Qalatasaray” ÇL-in qrupunda
Bizi izləyin

İdman

Türkiyədə mövsüm bitdi – “Qalatasaray” ÇL-in qrupunda

Türkiyədə mövsüm bitdi – “Qalatasaray” ÇL-in qrupunda

Futbol üzrə Türkiyə çempionatında bu mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub. "Akhisar BS" doğma meydanda "Kasımpaşa"ya, "Antalyaspor" "Trabzonspor"a uduzub. "Karabükspor" isə "Sivasspor"u məğlub yola salıb. Beləliklə, mövsümün yekunlarına görə, ikinci pillənin sahibi "Qalatasaray" UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək şansı qazanıb. Çünki çempion "Fənərbaxça" avrokuboklarda iştirakdan məhrum edilib. Üçüncü pillənin sahibi "Beşiktaş" ÇL-in üçüncü təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Kubokun finalçısı "Əskişəhərspor" Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqsa, Super Liqada 5-ci yerin sahibi Avroliqanın 3-cü, 4-cü yeri tutan "Trabzonspor" isə pley-off mərhələsində çıxış edəcək.

Son üç pillədə qərarlaşan "Elazığspor", "Antalyaspor" və "Kayserispor" isə elitanı tərk ediblər.

Türkiyə Super Liqası

34-cü tur

16 may

Əskişəhərspor - Konyaspor - 1:1

Qollar: Xorkuera, 52-pen. - R.Aydın, 41.

Kayserispor - Fənərbaxça - 0:2

Qollar: Kristian, 12, Sou, 90.

17 may

Rizəspor - Elazığspor - 3:1

Qollar: Kveuke, 64, LuaLua, 83 - Tello, 37.

Bursaspor - Qaziantepspor - 3:1

Qollar: Fernandao, 42, B.Yılmaz, 80, S.Yıldırım, 89 - İ.Akın, 40.

Beşiktaş - Gənclərbirliyi - 1:1

Qollar: Almeyda, 35 - M.Çelik, 58.

Qalatasaray - Ərciyəsspor - 2:1

Qollar: B.Yılmaz, 46, U.Bulut, 75 - Manqane, 81.

18 may

Akhisar BS - Kasımpaşa - 1:3

Qollar: E.Taşkıran, 44 - A.Böyük, 4, T.Toru, 49, Skarione, 56.

Karabükspor - Sivasspor - 1:0

Qol: İ.Parlak, 50.

Antalyaspor - Trabzonspor - 0:2

Qollar: Z.Yavru, 13, O.Adin, 51.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm