“Real” məşhur hücumçusunu rekord məbləğə SATDI
Bizi izləyin

İdman

“Real” məşhur hücumçusunu rekord məbləğə SATDI

“Real”ın hücumçusu Alvaro Morata “Çelsi”yə keçib.

Publika.az xəbər verir ki, bu barədə hər iki klub rəsmi məlumat yayıb.

İspaniya mətbuatında çıxan xəbərlərdə 24 yaşlı oyunçunun London klubuna 80 milyon avroya başa gəldiyi yazılıb.

Yaxın günlərdə Morata “Real”ın Los-Ancelesdəki düşərgəsini tərk edib “zadəganlar”a qoşulacaq.

Qeyd edək ki, 80 milyon avro bir ispaniyalı futbolçuya ödənmiş ən yüksək məbləğdir. Bundan öncəki rekord isə 2011-ci ildə “Çelsi”dən “Liverpul”a 58 milyona keçən Fernando Torresə məxsus idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm