AFFA “Bakılı”nı çempionatdan qovdu
Bizi izləyin

İdman

AFFA “Bakılı”nı çempionatdan qovdu

AFFA “Bakılı”nı çempionatdan qovdu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun sonuncu - 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan-T” – “Neftçala” matçının 43-ci dəqiqəsində “Turan-T” klubunun futbolçusu Aqşin Sadiqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

“Lokomotiv” – “Şahdağ” matçının 85-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Kənan Cəfərov azarkeşlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Karvan” – MOİK matçının 25-ci dəqiqəsində MOİK-in futbolçusu Elnur Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Kəpəz” – “Bakılı” matçında “Bakılı” iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub ikinci dəfə üzürlü səbəb olmadan oyunlarda iştirak etmədiyi üçün növbəti mövsüm Azərbaycan 1-ci divizionunda çıxış etmək hüququndan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm