Əmrə Bələzoğlunu ailəsinin yanında söydülər
Bizi izləyin

İdman

Əmrə Bələzoğlunu ailəsinin yanında söydülər

Əmrə Bələzoğlu ailəsinin yanında təhqir edildiyi üçün əsəbiləşib.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fənərbaxça” futbol klubunun oyunçusu Əmrə Bələzoğlu sezon bitdiyi üçün ailəsi ilə Çeşməyə (İzmirin rayonu – red) istirahətə gedib. Ailəsi ilə restoranda şam edərkən Əmrə bir nəfərin təhqirinə məruz qalıb.

Çox əsəbiləşən futbolçu təhqir edən şəxslə söz davasına çıxıb. Vətəndaşlar davanın qarşısını alıb. Ona qarşı hörmətsizlik olduğunu bildirən Əmrə “insanlar hansısa komandaya rəğbət bəsləyə bilər. Ancaq rəqibinə də hörmətlə yanaşmalıdır. Yanımda xanımım ola-ola təhqir olunmağım çox ayıbdır. Buna layiq deyildim” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm