“Milan”ın futbolçusu İspaniya klubuna keçdi
Bizi izləyin

İdman

“Milan”ın futbolçusu İspaniya klubuna keçdi

İtaliyanın “Milan” klubunun futbolçusu Karlos Bakka karyerasını İspaniya “Vilyarreal”ında davam etdirəcək.

Publika.az-ın verdiyi xəbərə görə, 31 yaşlı kolumbiyalı hücumçu 2017/2018 mövsümündə icarə əsasında “Vilyarreal”ın formasını geyinəcək.

Müqavilədə ispaniyalıların onun satınalma hüququna malik olmaları barədə də bənd var.

Qeyd edək ki, Karlos Bakka 2015-ci ilin yayında “Sevilya”dan “Milan”a keçib. O, İtaliya komandasının heyətində keçirdiyi 70 oyunda 31 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm