İdman
Azərbaycanda ilk dəfə - "Mübarizlər" yarışı
23 avqustda “Mübarizlər layihəsinin press konfransı keçirilib.
«Mübarizlər» - «Гонка Героев» kimi tanınan layihənin Azərbaycanda təşkil olunan versiyasıdır. İlk dəfə bu tədbir 23 sentyabr FHN Təlim-Tədris mərkəzində baş tutacaq.
Bakıda bu layihənin icrası “Events Management Azerbaijan” şirkətinin öhdəsinə düşür. “Mübarizlər” layihəsi “Gilan Holdinq” təşkilatçılığı ilə və həmçinin FHN, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və s. kimi qurumların dəstəyi ilə baş verəcək.
«Гонка Героев» - “Лига героев» komandasının ən tanınmış layihələrindən biridir. Bu layihə 2013-cü ildən başladığı fəaliyyətini Rusiyanın bütün regionlarını əhatə edərək davam etməkdədir.
“Лига Героев” – artıq 5 ildir ki, Rusiyada irimiqyaslı idman tədbirlərin təşkilatçılığı ilə məşğul olan unikal peşəkarlar komandasıdır. “Лига Героев” layihələri cəmiyyətin ən geniş təbəqələrini əhatə edir, idman tədbirlərinin həmişəki çərçivələrini genişləndirir və artıq on minlərlə insanın sevgisini qazanıb. “Лига Героев” haqlı olaraq Rusiyanın irimiqyaslı federal idman tədbirləri məkanında qaydaları müəyyən edən tədbir hesab oluna bilər.
Layihənin formatı – çətin keçilən ərazidə maneəli qaçışdır.
İştirakçılar hər bir ölkə, hər bir şəhər üçün öz xüsusiyyətləri
ilə fərqlənən çətin trası fəth etməlidirlər. Unikal landşaft və
inanılmaz maneələr hər yarışı təkrarolunmaz edir.
Tədbir üçün nəzərdə tutulmuş traslar Moskvadan Bakıya qədər
dünyanın ən gözəl yerlərində inşa edilir: istirahət zonalarında və
parklarda, dağların zirvələrində və mənzərəli vadilərdə.
“Mübarizlər” – komanda tədbiridir. Maneələrin çoxu elə nəzərdə
tutulub ki, onları komanda yoldaşlarının köməyi olmadan keçmək
mümkün olmasın. İştirakçılar əllə keçid qurğularını, tunelləri və
hətta bütöv “kəşfiyyatçı zolaqları”nı fəth etməlidir.
İstəyən hər kəs iştirakçı ola bilər – bunun üçün dostları dəvət
etmək, saytda qeydiyyatdan keçmək və ya həmfikirlərinə yarış zamanı
qoşulmaq kifayətdir.
İştirakçılara yarış iki formatda təqdim olunacaq – komanda və
çempionat formatları. Komanda iştirakı üçün təşkilatçılar 5 km
uzunluğunda tras və 21 maneə nəzərdə tutub, özünü çempionatda
sınamaq istəyənlər isə 10 km-ə yaxın trasdan və 40 maneədən keçməyə
hazır olmalıdır.
Maneələr məxsusi olaraq elə qurulub ki, iştirakçılar trasları
keçərkən bütün əzələ qruplarını işə salsınlar. “Mübarizlər”
maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən
asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük
daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və
metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.
“Mübarizlər” iştirakçılarına komanda yarışında və ya iki çempionat
kateqoriyasının birində (fərdi qadın kateqoriyası və fərdi kişi
kateqoriyası) öz gücünü sınamaq, öz imkanları haqqında daha çox şey
öyrənmək, həmfikirlər tapmaq, fan-zonasında əyləncəli idman
oyunlarında iştirak etmək və bütün gün ərzində dünyada analoqu
olmayan irimiqyaslı idman bayramı ab-havasına qərq olmaq təklif
olunur.
Yarış haqqında daha ətraflı məlumatı saytdan və layihənin sosial
şəbəkə səhifələrindən əldə etmək mümkündür.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO