İdman
"Real Madrid" 12 ildən sonra Avropanın kralı oldu
Avropada futbol mövsümünə yekun vurulub. Qitənin birnömrəli klub turniri hesab olunan Çempionlar Liqasının final matçı keçirilib.
Həlledici qarşılaşmada İspaniyanın iki klubu - "Real" və "Atletiko" qarşılaşıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda "Real" 4:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Real" kuboku 10-cu dəfə kuboku qazanaraq Çempionlar Liqasının ən çox qalibi olmuş komanda adını əldə edib. "Kral Klubu" 1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000 və 2002-ci illərdə də kuboku başı üzərinə qaldırıb. 1962, 1964 və 1981-ci illərdə finalda uduzan komanda 2001/02 mövsünüdən sonra - artıq 12 ildi kuboka həsrət qalmışdı. "Atletiko" isə ilk dəfə 1973/74 mövsümündə finala çıxıb və "Bavariya"ya uduzub. Madrid klubu 40 ildən sonra yenidən final oynayıb.
Çempionlar Liqası
2013/14 mövsümü
Final
24 may
23.45 Real (İspaniya) - Atletiko (İspaniya) 4:1
Qollar: Serxio Ramos, 90+3. Qaret Beyl, 110. Marselo, 118. Kriştiano Ronaldo, 120-pen - Dieqo Qodin, 36.
Real: İker Kasilyas, Rafael Varane, Serxio Ramos, Fabio Koentrao (Marselo, 59), Daniel Karvajal, Sami Kedira (İsko, 59), Qaret Beyl, Luka Modriç, Kriştiano Ronaldo, Kərim Benzema.
Ehtiyat oyunçular: Dieqo Lopes, Pepe, Alvaro Arbeloa, Asyer İllarramendi, Alvaro Morata.
Baş məşqçi: Karlo Ançelotti.
Atletiko: Tibaut Kourtois, Dieqo Qodin, Filipe Luis (Tobi Alderveyreld, 83), Xuanfran, Joao Miranda, Tyaqo Mendes, Koke, Raul Qarsiya (İsmael Sosa, 66), Qabi Fernandes, David Vilya, Dieqo Kosta (Adrian Lopes, 9).
Ehtiyat oyunçular: Daniel Aranzubiya, Mario Suares, Kristian Rodriges, Dieqo Ribas.
Baş məşqçi: Dieqo Simeone.
Sarı vərəqələr: Serxio Ramos, 27. Sami Kedira, 45+1. Kriştiano Ronaldo, 121. Rafael Varane, 123 - Raul Qarsiya, 27. Joao Miranda, 53. David Vilya, 73. Xuanfran, 74. Koke, 86. Qabi Fernandes, 100. Dieqo Qodin, 120.
Hakimlər: Byörn Kuypers, Sander van Roekel, Ervin Zeynstra (Hollandiya), Cüneyt Çakır (Türkiyə).
Lissabon. "Estadio da Luz" stadionu.
Bombardirlər: Kriştiano Ronaldo (Real) - 16. Zlatan İbrahimoviç (PSJ) - 10. Dieqo Kosta (Atletiko), Lionel Messi (Barselona) - 8
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu