• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şərif Şərifov Dağıstanda Azərbaycanı müdafiə etdi – FOTOLAR

  • İdman
  • 26 May 2014 12:32
  • 1 732 Baxış
Şərif Şərifov Dağıstanda Azərbaycanı müdafiə etdi – FOTOLAR

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız Dağıstanın Mahaçqala şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş 45-ci beynəlxalq turnirdə iştirak edib.

Publika.az xəbər verir ki, baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Mahaçqalaya yollanan güləşçilərimiz mayın 23-dək Qazaxstan, Belarus və Dağıstan komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışında iştirak edib. Turnirin ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz ilk günü 1 gümüş medalla başa vurub. 97 kq çəkidə mübarizə aparan Olimpiya və Dünya çempionu Şərif Şərifov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Atila Zmik (HUN), Pavel Oleynik (UKR) və Marat İbrahimov (RUS) üzərində tam üstünlüklə qələbə qazanaraq finala yüksəlib. Finalda Rusiya təmsilçisi Yuriy Belonovskiylə gərgin keçən görüşdə 2:5 hesablı uduzan Şərif gümüş medalla kifayətlənib.

Turnirin ikinci günündə 61, 70, 86 və 125 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz turnirin ikinci günündə 1 qızıl və 1 bürünc medal qazanıb. 125 kq çəki dərəcəsində mübarizə aparan Əli İsayev bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Əli İsayevin final görüşü olduqca maraqlı keçib. Cəmi 1 dəqiqə ərzində İranlı rəqibini effektiv fəndlə körpü vəziyyətinə salan güləşçimiz, təmiz qələbə qazanaraq turnirin baş mükafatına layiq görülüb. 61 kq çəkidə mübarizə aparan Əhmədnəbi Qvarzatilov isə həlledici görüşdə Rusiya güləşçisi Bulat Batoevdən üstün olub və bürünc medala sahib olub.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR