“Sabah” qəzetindən “Qarabağ”la bağlı MÖHTƏŞƏM YAZI
Bizi izləyin

İdman

“Sabah” qəzetindən “Qarabağ”la bağlı MÖHTƏŞƏM YAZI

Ötən gün Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” haqqında təhqiredici yazı dərc edən Türkiyənin “Sabah” qəzeti bu gün yazını saytdan çıxarıb.

Publika.az xəbər verir ki, qəzet “Çempionlar Liqasında tarix yazan qaçqın klub” başlığı ilə “Qarabağ”ın yaranma tarixi və zəfərlərindən bəhs edən yeni məqalə dərc edib.

Klubumuzun “Atletiko Madrid” qarşısındakı dirənişindən və ilk xalı qazanmasından bəhs edən məqalədə “Qarabağ” “Qafqazın Barselonası” adlandırılıb.

Qeyd edək ki, “Sabah” qəzetinin yazarı Mövlud Tezel “Qarabağ” pankartını “əzik, gülməli və rəzil” adlandırmış, azarkeşlərini isə təhqir etmişdi.

“Qarabağ” futbol klubu isə bu gün verdiyi açıqlamada “Çelsi”-“Qarabağ” matçında azarkeşlərə sürpriz xareoqrafiya hazırlayacağını deyib.

Qeyd edək ki, bu fotoları “Sabah” qəzeti yayımlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm