Kurtua: “Çelsi” “Qarabağ”la oyunun favoritidir”
Bizi izləyin

İdman

Kurtua: “Çelsi” “Qarabağ”la oyunun favoritidir”

“Tam olaraq “Qarabağ”la matça köklənmişik. Düzdür, bizə qarşı ilk oyunları fərqli oldu. Lakin sonrakı görüşlərdə yaxşı təsir bağışladılar”.

“Report” xəbər verir ki, bunu İngiltərənin “Çelsi” komandasının futbolçusu Tibo Kurtua noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunu şərh edərkən söyləyib.

Belçikalı qapıçı bildirib ki, qarşıdakı matçın favoriti “Çelsi”dir: “Uçuşumuz uzun oldu. Lakin komandanın təyyarəsi çox yaxşıdır. Əhvalımızı da yaxşı tutmağa çalışırıq. Bugünkü məşq normal keçdi. Sabahkı oyuna tam hazırıq. Favorit bizik. Bu qələbə bizə 1/8 finala vəsiqə qazandıracaq. Erkən qol vurub rəqibi təzyiq altında saxlamağa çalışacağıq. Ancaq “Qarabağ” “Atletiko” ilə duellərdə nəyə qadir olduğunu göstərdi. Öncə qalib gələk. Qrupda 1 və ya 2-ci yeri tutacağımıza baxarıq”.

T.Kurtua deyib ki, “Qarabağ” “Çelsi”yə 0:6 hesabı ilə uduzduğu ilk matçdan sonra fərqli taktika ilə çıxış etməyə başlayıb. Onun sözlərinə görə, Ağdam təmsilçisinin hücumçuları çox təhlükəlidir: “Qarabağ” əks-hücumlarda yaxşı oynayır. Lakin biz “Mançester Yunayted” və “Vest Bromviç”ə qarşı sərgilədiyimiz futbolu təkrarlasaq, qalib gələcəyik. Bu cür qarşılaşmalarda qalib gəlmək üçün diqqətli olmaq lazımdır”.

Bakıya üçüncü dəfə səfər edən qolkiper Azərbaycanın paytaxtını bəyəndiyini söyləyib: “İnsanların mehribanlığı, özünəməxsusu mədəniyyəti və azarkeşlərin dəstəyi çox xoşdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm