Soçidə quraşdırılan yanaşı unitazlar qalmaqal yaratdı - FOTO
Bizi izləyin

İdman

Soçidə quraşdırılan yanaşı unitazlar qalmaqal yaratdı - FOTO

BBC-nin Moskva müxbiri Stiv Rosenberqin Soçidəki Olimpiya mərkəzindəki tualetdən çəkdiyi şəkil Rusiyada qalmaqal yaradıb

BBC-nin Moskva müxbiri Stiv Rosenberqin Soçidəki Olimpiya mərkəzindəki tualetdən çəkdiyi şəkil Rusiyada qalmaqal yaradıb.

Publika.Az xəbər verir ki, qurumun Moskva müxbiri Stiv Rosenberq Soçidəki biatlon təsislərində ayaqoluna gedərkən gördüyü mənzərə qarşısında şoka düşüb.

Çünki tualetdə yan-yana iki unitaz quraşdırılıb. Bu o deməkdir ki, tualeti eyni anda iki kişi paylaşa bilər.

BBC müxbirinin şəxsi "Twitter" səhifəsində paylaşdığı şəkillər Rusiyanın özündə böyük müzakirələr yaradıb.

Rusiyanın ən sərt müxalifətçilərindən olan Aleksey Navalni bildirib ki, bu tualet Soçidə xərclənən 50 milyard dolların haralara getdiyini sübut edir.

Vətəndaşlar isə belə tualetlərinın homoseksualların könlünü almaq üçün quraşdırıldığını bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm