Hacı İbrahim 1,5 milyonluq futbolçu aldı – ÖZƏL
Bizi izləyin

İdman

Hacı İbrahim 1,5 milyonluq futbolçu aldı – ÖZƏL

Hacı İbrahim 1,5 milyonluq futbolçu aldı - ÖZƏL

İş adamı, “İbrahim Nehrəmli” kimi tanınan “Avesta” konserninin prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim İbrahimov sahibi olduğu “Khazar İslands” (“Xəzər adaları”) futzal klubuna Braziliya və İspaniyadan ümumilikdə 12 futbolçu alıb.

Bu barədə Publika.az-a İbrahim İbrahimov məlumat verib.

Futbolçulara 1,5 milyon manat sərf etdiyini vurğulayan Hacı İbrahim yayda komandanın yeni heyətində sözügedən futbolçuların yer alacağını söyləyib:

“Çalışacam ki, Azərbaycanda futzal komandaları arasında “Khazar İslands” klubu ən öndə gedəni olsun. Bunun üçün əlimdən gələni edəcəm. Komandanın inkişafı üçün hər şey edəcəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm