Dias gəldi
Bizi izləyin

İdman

Dias gəldi

Dias gəldi

"Qarabağ" uzun müddətdir heyətinə qatmaq istədiyi Danilo Diasla razılıq əldə edib.

Publika.az xəbər verir ki, braziliyalı forvard Bakıya gəlib.Dias tibbi müayinədən keçəcək. Heç bir problem olmasa, onunla 2 illik müqavilə bağlanacaq. "Qarabağ" Danilo ilə qışda danışıqlar aparmış və razılıq əldə etmişdi. Lakin "Maritimo" çox pul istədiyindən transfer baş tutmamışdı.

Qeyd edək ki, Dias 1985-ci ilin 6 noyabrında Braziliyanın Cerser şəhərində dünyaya gəlib. Karyerası ərzində vətənində "Qoias", "Bandeyrante", "Qama", "Atletiko Qoyanyense", "Qoyanya", "Noroeste", "İpatinqa" və "Uberaba" klublarında çıxış edən 28 yaşlı hücumçu 2010-cu ildə "Maritimo"ya transfer olunub. 4 il ərzində o, bu klubda 134 oyun keçirib və 17 qol vurub. Braziliyalı bu mövsüm Portuqaliya klubunun A komandasında 28 oyun keçirib və 1 qol vurub. O, əvəzedici heyətdə də 2 oyuna çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm