Ronaldo üçün qara gün: 30 milyon getdi
Bizi izləyin

İdman

Ronaldo üçün qara gün: 30 milyon getdi

“Real Madrid”in ulduz futbolçusu Kriştiano Ronaldonun vergi qaçaqlığı ittihamları ilə bağlı açılan məhkəmə işinin ilk mərhələsi başa çatıb.

Publika.az xəbər verir ki, məhkəmənin nəticəsi 14.8 milyon vergi borcu olan Ronaldo üçün heç də ürəkaçan olmayıb.

Məhkəmə futbolçuya 30 milyon avro dəyərində cərimə qərarı çıxarıb. Ronaldo isə günahsız olduğunu bildirib və cəza üçün razlaşma əldə etmək təklifini belə rədd edib. Futbolçunun vəkili Xose Antonio Çoklan da müvəkkilini müdafiə edərək doğru addım atdığını söyləyib.

Prosesin ikinci mərhələsi 22 dekabr tarixində baş tutacaq. İkinci məhkəmə də eyni qırarı çıxararsa, Ronaldo 30 milyon dollar məbləğində cərimə ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Madrid şəhər Maliyyə Problemləri İdarəsi Kriştiano Ronaldonu 2011-2014-cü illər arasında məşhurluqdan əldə etdiyi gəlirlərinin vergisini ödəmədiyi üçün məhkəməyə verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm