Azarkeşlər 18 yaşlı futbolçunu göz yaşlarına qərq etdilər - VİDEO
Bizi izləyin

İdman

Azarkeşlər 18 yaşlı futbolçunu göz yaşlarına qərq etdilər - VİDEO

İtaliyanın “Milan” klubunun 18 yaşlı qapıçısı Gianluiqi Donnarumma azarkeşlərin açdığı pankarta dözməyərək hönkür-hönkür ağlayıb.

Publika.az xəbər verir ki, “Milan” İtaliya Kuboku uğrunda “Verona” komandası ilə qarşılaşıb.

Ev sahibinin azarkeşləri matç zamanı 18 yaşlı futbolçunun ünvanına “6 milyonluq maaşın və parazit qardaşın… səbrimizi tükətdin. Get!” pankartını açıblar.

Bu pankartdan təsirlənən 18 yaşlı qapıçı soyunma otağında göz yaşlarını saxlaya bilməyib.

Komandanın baş məşqçisi Ceranno Qatusso isə gənc qapıçının bu münasibətə layiq olmadığını deyib və onu qorumaq üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, “Milan”ın yuvası “San Siro” stadionunda açılan pankartın hekayəsi keçən yay yaşanıb. Donnarumma ilə uzunmüdətli müzakirələrdən sonra müqavilə imzalayan klub qapıçının qardaşı Antonio Donnarummanı da transfer etmişdi. Azarkeşlərin sərt etirazlarına səbəb olan bu vəziyyət “Milan”nın İtaliya A seriyasında pis nəticələr əldə etməsindən sonra bir daha gündəmə gəlmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm