Macarıstan olimpiyaçıları terrorla hədələndi
Bizi izləyin

İdman

Macarıstan olimpiyaçıları terrorla hədələndi

Macarıstan olimpiyaçıları terrorla hədələndi

Macarıstanın Milli Olimpiya Komitəsinə (MOK) Soçidə keçiriləcək olimpiada zamanı idmançıların terror məruz qalacağı ilə bağlı hədələyici məktub daxil olub.

Publika.az xəbər verir ki, bu haqda «Röyter» məlumat yayıb.

Macarıstan MOK-u Beynəlxalq Olimpiya Komitəsi və oyunların təşkilat komitəsinə uyğun məlumatı göndərib.

Macarıstanlı təmsilçi bildirib ki, rus, ingilis dillərində yazılmış məktubda idmançılar hədələnib və onların olimpiadaya göndərilməməsinə çağırış edilib.

Hədələyici məktubun İtaliya, Sloveniya, Almaniya və Slovakiyanın olimpiya komitələrinə göndərildiyi də bildirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm