İdman
Pəhləvanlarımız Avropa çempionatına hazırlaşır
İyunun 17-22-də Polşanın Katovitse şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.
Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. Publika.az xəbər verir ki, çempionata hazırlığı davam etdirən sərbəst və Yunan-Roma güləşi üzrə yığma komandalarımız Qusar Olimpiya İdman Kompleksində növbəti təlim- məşq toplanışındadır.
Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mayın 26-dan
təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Şaban Donat,
məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında
heyətdə 24 idmançı yer alıb. Təlimlər iyunun 8-dək davam
edəcək.
Sərbəst güləş üzrə yığma komandanın üzvləri isə təlimlərə mayın
28-dən başlayıb. Komandanın böyük məşqçisi Arif Abdullayev,
məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında
heyətdə 21 güləşçi yer alıb. Təlim-məşq toplanışı iyunun 11-dək
davam edəcək.
Gənc qızlardan ibarət yığma komandanın üzvləri isə iyunun 1-dən Astara Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Arif Fərmanov və Filip Monolovun rəhbərliyi altında təlimlərə 17 gənc qız güləşçi cəlb olunub. Təlim-məşq toplanışı 2 həftə davam edəcək və iyunun 14-də başa çatacaq.
Aygün
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq