Prezident açıqladı: “42 milyonu gətirsin və getsin”
Bizi izləyin

İdman

Prezident açıqladı: “42 milyonu gətirsin və getsin”

Prezident açıqladı: “42 milyonu gətirsin və getsin”

“Atletiko”nun hücumçusu Dieqo Kostanın “Çelsi”yə keçidi reallaşmaq üzrədir.

Publika.az xəbər verir ki, London klubu keçidi dünya çempionatının startına qədər həll etmək niyyətindədir. Futbolçu ilə “Çelsi” arasında razılıq əldə olunduğu, Kostanın tibbi baxışdan keçdikdən sonra müqavilə imzalanacağı gözlənilir.

Məsələ ilə bağlı “Atletiko”nun prezidenti Enrike Sereso da fikirlərini açıqlayıb. Prezident futbolçunu güclə komandada saxlamayacaqlarını bildirib: “Dieqoda dünyanın ən güclü hücumçusu olmaq üçün bütün potensial var. Ancaq biz onu istəmədiyi yerdə oynamağa məcbur etməyəcəyik. Kosta kiminləsə razılaşıbsa, gəlib bizə desin. Onun müqaviləsində göstərilib ki, Kostanı almaq istəyən klub 42 milyon avro ödəməlidi. Getmək istəyirsə, 42 milyonu gətirsin və getsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm