"Real" bombanı partladır - Perez onun üçün 200 milyon avro ödəyəcək
Bizi izləyin

İdman

"Real" bombanı partladır - Perez onun üçün 200 milyon avro ödəyəcək

“Real Madrid” “Liverpul”un misirli ulduzu Məhəmməd Salah üçün xəzinəsinin ağzını açır.

Publika.az “Don Balon”a istinadən xəbər verir ki, klubun prezidenti Fiorention Perez Salah üçün 200 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Mövsümün əvvəlində “Roma”dan “Liverpul”a keçən Salah mükəmməl performansı ilə kiçik müddətdə şöhrətini dünyaya yaydı. Bu mövsüm Premyer Liqada 31 qol vuran ulduz oyunçu “Real”ın transfer siyahısının başındadır. Son olaraq İngiltərədə “ilin oyunçusu” titulunu qazanan misirli hücumçu yay transfer pənəcərəsində İspaniyaya gedə bilər. Adı “Barselona” ilə də hallanan 25 yaşlı oyunçunun “Liverpul”la 2022-ci ilə qədər müqaviləsi var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm