Allahın şəhərinə səyahət – FOTOLAR
Bizi izləyin

İdman

Allahın şəhərinə səyahət – FOTOLAR

Allahın şəhərinə səyahət – FOTOLAR

Sabah bütün dünyanın nəzəri Braziliyaya yönlənəcək. Dünya çempionatı start götürür.

Publika.az dünya çempionatının keçiriləcəyi şəhərlər haqqında oxuculara qısa məlumat verir. Bu dəfə səyahətimiz Braziliyanın Rio de Janeyro şəhərinə olacaq.

“Allah dünyanı 6 günə yaratdı, 7-ci gün isə Rionu yaratdı”- braziliyalılar ikinci ən iri şəhər olan Rio de Janeyro haqda belə deyir. 1502-ci il yanvar ayının 1-də portuqaliyalı dənizçi Qaspar de Lemuş Quanabara körfəzini tapdı. Şəhər bu körfəzdə yerləşdiyi üçün Rio de Janeyro sözü portuqal dilindən “yanvar çayı” kimi tərcümə olunur. Rio de Janeyro 1960-cı ilədək dövlətin paytaxtı olub. Paytaxt Braziliya şəhərinə köçürüldükdən sonra Rio eyni adlı ştatın inzibati mərkəzinə çevrildi. Şəhər əhalisi özünü “karioka” adlandırır.

Dünya çempionatının keçiriləcəyi “Marakana” nəinki, Braziliyanın, hətta Cənubi Amerikanın ən iri stadionu hesab olunur. Stadion 78,838 tamaşaçı tutumuna malikdir. 2016-cı ildə məhz “Marakana” stadionunda Yay Olimpiya oyunları keçiriləcək.

“Marakana”da aşağıdakı oyunlar baş tutacaq:

15 iyun. Argentina-Bosniya və Herseqovina (F qrupu)

18 iyun. İspaniya-Çili (B qrupu)

22 iyun. Belçika-Rusiya (H qrupu)

25 iyun. Ekvador-Fransa (E qrupu)

28 iyun. 1/8 finalı

4 iyul. Yarımfinal

13 iyul. Final

Rioya gələrkən ağ qumlu, gur dalğalı Braziliya çimərliyinə üz tutmağı unutmayın. Şəhərin ən mötəbər hissəsi isə Korokavado dağıdır. Dağın zirvəsində isə Braziliyanın “gözmuncuğu” hesab edilən İsa Məsihin möhtəşəm heykəli yerləşir. 46 metrlik heykəl şəhərin hər bir bucağından görsənir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm