İlk fiti kim çalacaq?
Bizi izləyin

İdman

İlk fiti kim çalacaq?

İlk fiti kim çalacaq?

DÇ-2014-ün ilk 4 matçını idarə edəcək hakimlərin adı açıqlanıb.

Publika.az xəbər verir ki, açılış oyununu yapon hakim idarə edəcək.

Ev sahibi Braziliya ilə Xorvatiya arasındakı qarşılaşmada ədaləti Yuiçi Nişimura qoruyacaq. A qrupunun digər Meksika - Kamerun görüşünü kolumbiyalı Vilmar Roldan idarə edəcək.

B qrupunun son dünya çempionatının finalçıları İspaniya və Hollandiya arasındakı oyunda italyan Nikola Rizzoli fit çalacaq. Qrupun Çili - Avstraliya oyununu isə Kot`D-İvuardan olan referi Noumandiez Doue idarə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm