“Aslanlar” seçim qarşısında – rumın, ya türk?
Bizi izləyin

İdman

“Aslanlar” seçim qarşısında – rumın, ya türk?

“Aslanlar” seçim qarşısında - Ruminyalı ya türk?

Roberto Mançinini istefaya göndərən "Qalatasaray" yeni baş məşqçi axtarışına başlayıb. Publika.az xəbər veirr ki, klubun bu posta iki namizədi var- Mirça Luçesku və Murat Yakın.

"Aslanlar” rumıniyalı mütəxəssislə əlaqə saxlayıb. Luçeskunun bu təklifə müsbət yanaşdığı bildirilir. Daha öncə, 2000-2002-ci illərdə “Qalatasaray”ı çalışdırmış mütəxəssis “Şaxtyor”u Ukraynada baş verən siyasi qalmaqallara görə tərk etmək istəyir.

“Bazel"in sabiq baş məşqçisi Murat Yakın isə artıq İstanbula yollanıb. Türk əsilli isveçrəli burada klub prezidenti Ünal Aysalla danışıqlar aparacaq. Bir neçə gün əvvəl Moskva "Spartak"ının rəhbərliyi ilə görüşən Yakının hansı klubu seçəcəyi maraqla gözlənilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm